gallery gallery
gallery
gallery gallery
vector
vector
İdman
6 yaşdan 34 yaşadək
sport
sport
sport
prev
next

Bu sahə Braziliyada əsası qoyulan idman növüdür. Rəqs, akrobatika və musiqi elementlərini özündə birləşdirir. Bu sahə benefisiarların sosiallaşmasına kömək edir, komanda ruhu və özünəinamı inkişaf etdirir. Xüsusilə azyaşlı benefisiarların fiziki aktivliyinin artırılmasında böyük əhəmiyyət daşıyır.

Səhnə ifaçılığı, aktyor sənəti
Yaş məhdudiyyəti tətbiq edilmir
  • acting
  • acting
  • acting

Bu sahə üzrə benefisiarlara teatr tamaşaları, konsert və performanslar, eləcə də incəsənət və inklüzivlik mövzularında ustad dərsləri keçirilir. Həmçinin seminarlar, səhnədə müxtəlif musiqili konsert proqramları, kino nümayişləri, kütləvi tədbirlərin təşkilində iştirak və antreprizlərin hazırlanması prosesi öyrədilir. 

acting
acting
acting
Təsviri incəsənət
6 yaşdan yuxarı
fine_art
fine_art-vector
fine_art

Təsviri incəsənət istiqamətində təlim alan benefisiarlara rəssamlıq sənətinin incəlikləri öyrədilir. Benefisiarlar kağız üzərində sulu (akvarel), yağlı və quru pastel boya ilə işləmək bacarığına yiyələnir, qrafiti və tuş vasitəsilə rəngkarlığın sirlərinə bələd olurlar. Həmçinin şüşə üzərində vitraj boya üsullarını mənimsəyirlər. 6 yaşdan yuxarı olan benefisiarlar təlimlərdə iştirak edə bilər. Təsviri incəsənət istiqaməti ən çox maraq göstərilən sahələrdəndir. Xüsusilə də azyaşlı benefisiarlar üstünlük təşkil edir.

fine_art
fine_art-vector
Multidissiplinar fəaliyyət

Benefisiarlarla fəaliyyət planının aparılması beynəlxalq standartlara, CARe metodologiyasına əsaslanır. CARe (Reabilitasiyaya Kompleks yanaşma) bərpa və psixososial reabilitasiya prinsiplərinə istiqamətləndirilmiş modeldir. Niderlandlı alimlər Jean Pierre Wilken və Dirk den Hollander tərəfindən hazırlanan CARe metodologiyası 25 ildən çoxdur ki, 10-dan çox ölkədə minlərlə peşəkar tərəfindən uğurla tətbiq edilir. Mərkəzdə uşaq və böyüklər üçün iki multidissiplinar qrup formalaşdırılıb. Mərkəzə qəbul edilən şəxslərin ilkin olaraq sosial işçi tərəfindən qiymətləndirilməsi aparılır və bu barədə psixoloqa məlumat verilir.

multidisciplinary
mult-vector
multidisciplinary
Həmin şəxsin psixrometrik qiymətləndirilməsi aparıldıqdan sonra onun “case manager”i təyin edilir, sosial-psixoloji xidmət növü müəyyənləşdirilir, təlim alan hər bir şəxsə fərdi inkişaf planına uyğun sosial-psixoloji dəstək göstərilir. Mərkəzə qəbul edilən şəxslərə sosial-psixoloji dəstək göstərildikdən sonra onlar buradakı 14 yaradıcılıq istiqaməti üzrə təlimlərə yönəldilirlər. Prosesin sonrakı gedişatı və sonlandırılması benefisiarın və ya onun valideynlərinin məsuliyyətindən asılıdır.