Bu sahədə milli və müasir geyimlərin dizaynı, tikilişi, müxtəlif rəngli sap və muncuqlarla işləmə texnikası öyrədilir. Layihələr və tədbirlərdə səhnə geyimlərinin hazırlanması, rənglərinin seçilməsi və tikilməsi də həyata keçirilir. Təlimlərə yaşı 12-dən yuxarı olan şəxslər qəbul edilir. Həmçinin bu sahə üzrə “Yaşıl dünya naminə həmrəylik” ili və “COP29” çərçivəsində eko dost materiallardan müxtəlif geyimlər hazırlanıb və sərgilənmişdir.