Sənədlərin qəbulu DOST mərkəzlərində və Sosial Xidmətlər Agentliyinin yerli qurumlarında həyata keçirilir.
Mərkəzə I mərhələ üçün lazım olan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- Qabiliyyəti təsdiq edən video və ya fotoşəkil
- Ərizə forması
Mərkəzə II mərhələ üçün lazım olan sənədlər:
- Xidmətə cəlb olunacaq şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (o cümlədən müraciət edən şəxsin və ya səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti);
- Xidmətə cəlb olunacaq şəxsin valideynləri, nümayəndələri, övladlığa götürənləri, himayəçi və ya qəyyumları tərəfindən müraciət edildikdə onun müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, etibarnamə və s.);
- Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə şəxsin sağlamlığı haqqında tibbi arayış;
- Müraciət etmə hüququnun olmasını təsdiq edən şəxslər kateqoriyasına aid olduğunu təsdiq edən müvafiq sənəd; (Müharibə ilə əlaqədar əlilliyin olması və ya onların övladı olması barədə; Valideyn himayəsindən məhrum olması və ya qəyyumunun olması barədə; Aztəminatlı olması barədə; Əlilliyi olması barədə).
- Ümumtəhsil müəssisəsində təhsil alan şəxslərə münasibətdə təhsil müəssisəsinin arayışı (dərs saatları barədə məlumat göstərilməklə);
- 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
Mərkəzə qəbul üçün müraciətə baxılma və seçim qaydaları
Mərkəzə xidmətə qəbul 2 mərhələ ilə həyata keçirilir:
- I mərhələ - müraciət üzrə təqdim edilmiş sənədlərin araşdırılması;
- II mərhələ - I mərhələdə uyğun hesab edilmiş şəxslərin dəvət edilməsi və əyani müsahibələrin keçirilməsi.
Əyani müsahibələr zamanı şəxslərin istedad və bacarıqları nəzərdən keçirilərək, o cümlədən sağlamlıq imkanları, psixi sağlamlıq vəziyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində şəxsin Mərkəzə qəbulu (növbəlik nəzərə alınmaqla) və ya imtina haqqında Komissiya tərəfindən qərar verilir. Mərkəzə qəbul edilmiş şəxs üçün fərdi inkişaf planı tərtib olunur. Xidmətlər ödənişsiz həyata keçirilir və tədris proqramını uğurla başa vuran şəxslərə sertifikat təqdim edilir. Mərkəzdə kitabxana, kafe, mətbəx, konsert zalı fəaliyyət göstərir. Həmçinin Mərkəzdə xidmətə qəbul edilmiş şəxslər qida ilə təmin edilirlər.