İnklüziv könüllülər
inclusive
inclusive
Qəbul prosesi üç mərhələdə aparılır: I mərhələ - onlayn qeydiyyat, II mərhələ - müsahibə, III mərhələ - təlim mərhələsidir. Könüllülər inklüziv şəxslərə təlim prosesində köməklik göstərməklə yanaşı, Mərkəzin ictimai həyatında da fəaldırlar. Könüllülərdən gülərüzlülük, aktivlik, yüksək ünsiyyət qurmaq bacarığı, dəqiqlik, təzyiqədavamlılıq tələb olunur. Seçim zamanı sosial iş, psixologiya, məktəbəqədər təhsil, sosiologiya ixtisaslarında təhsil alan gənclərə üstünlük verilir. Onlar Mərkəzin multidissiplinar qrupunun təlimlərində iştirak edərək bu sahədəki bilik və təcrübələrini genişləndirirlər. Könüllülər göstərdikləri fəaliyyətin nəticəsinə uyğun olaraq sertifikat və diplomlarla təltif edilirlər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “İnklüziv Könüllü” proqramı 2022-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. İnklüziv könüllülər Mərkəzdə 14 istiqamət üzrə müvafiq yaradıcılıq və reabilitasiya prosesinə cəlb olunan həssas təbəqəyə aid şəxslərə dəstək göstərirlər. Könüllülərin 75 faizi tipik, 25 faizi isə inklüziv şəxslərdir. Könüllülük hərəkatına sağlamlıq imkanları məhdud olan şəxslərin də qoşulması uğurlu sosiallaşmanın təminatına şərait yaradıb. Azərbaycanda ilk dəfə olaraq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tətbiq edilən “İnklüziv könüllü” proqramının davam etmə müddəti 3 aydır, gün ərzində 2 növbə əsasında həyata keçirilir. Hər növbədə 30 nəfər olmaqla, layihə ümumilikdə 60 könüllünün fəaliyyətini əhatə edir.