Kulinariya
5 yaşdan yuxarı

Bu sahədə benefisiarlara Azərbaycan və dünya mətbəxinin əsasları öyrədilir. Onlar üçün Mərkəzdə lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi mətbəx ayrılmışdır. Kulinariya sahəsinə müraciət edənlər arasında əlilliyi olan şəxslər üstünlük təşkil edir. Müvafiq sahədən məzunlarımızdan biri  Mərkəzin Qarabağ “DOST Evi” şöbəsində kulinariya və un məmulatları istiqaməti üzrə işlə təmin olunmuşdur.

Xalçaçılıq, toxuma və tikmə
12 yaşdan yuxarı

Xalçaçılıq, toxuma və tikmə istiqaməti ən çox maraq göstərilən sahələrdəndir. Bu sahədə Azərbaycan xalçaçılıq sənəti, xalçaçılıq məktəbinin əsasları tədris edilir, ilmə-naxış texnikası, rəng ahənginin seçilməsi, yun iplərin boyanması, bədii tikmə növünün ən qədim və geniş yayılmış pilətikmə forması, qızılı saplarla, muncuqla milli və müasir geyimlərin işlənməsi, dizaynı öyrədilir. Bu sahəyə yaşı 12-dən yuxarı olan şəxslər qəbul edilir. Sahə üzrə təlim alanların əksəriyyəti yaşı 18 yaşdan yuxarı fiziki məhdudiyyəti olan benefisiarlardır. Bu istiqamət üzrə 1 məzun benefisiar Qarabağ regional “DOST Evi” şöbəsində işlə təmin olunmuşdur. 

carpet
carpet
Fotoqrafiya sənəti
6 yaşdan yuxarı
photography

Bu sahədə Mərkəzin benefisiarları fotoların düzgün rakurslardan çəkilməsi texnikasını öyrənir, müxtəlif professional proqramlarda dizayn və korrektə edilməsi vərdişlərinə yiyələnirlər. Fotoqrafiya sahəsi üzrə təlimlərdə yaşı 10-dan yuxarı şəxslər iştirak edə bilər.

photography
photography
Audio-səsyazma və media istiqaməti
Yaş məhdudiyyəti yoxdur

Bu sahədə benefisiarların vokal bacarıqları inkişaf etdirilir və onların professional səhnəyə hazırlanmasına dəstək göstərilir. Həmçinin burada audio disklərin, solo albomların yazılması, bədii və sənədli filmlərin, teletamaşaların dublyajı həyata keçirilir.

audio
audio audio
audio