Kulinariya
5 yaşdan yuxarı

Kulinariya istiqaməti üzrə təlim alan şəxslərə Azərbaycan və dünya mətbəxinin əsasları öyrədilir. Təlimlər həftədə 3 dəfə, hər qrupda 5 nəfər olmaqla, 2 növbədə keçirilir. Kulinar benefisiarlara təcrübə imkanı məqsədi ilə Mərkəzdə lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi mətbəx ayrılıb.

Xalçaçılıq, toxuma və tikmə
12 yaşdan yuxarı

Xalçaçılıq, toxuma və tikmə studiyasında Azərbaycan xalçalarının coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərin görə şərti olaraq bölündüyü 7 xalçaçılıq qrupunun əsasları öyrədilir. Mərkəzin üzvlərinə bu sənətin sirləri, xalça eskizləri və çeşnisinin hazırlanma qaydaları, ilmə vurma və toxunma texnikası öyrədilir. Benefisiarlar həmçinin həndəsi, nəbati, süjetli, portret ilmə-naxış texnikalarının müxtəlifliyinin, yun və ipək iplərin boyanması texnikasının, habelə toxuma və tikmə sənətinin əsaslarını mənimsəyirlər. Studiyada eyni vaxtda hər qrupda 7 nəfər olmaqla, 2 növbədə təlim keçirilir.

carpet
carpet
Fotoqrafiya sənəti
6 yaşdan yuxarı
photography

Fotoqrafiya təlimləri zamanı Mərkəzin üzvləri fotoların düzgün rakurslardan çəkilməsi texnikasını öyrənir, onların müxtəlif professional proqramlarda dizayn və korrektə edilməsi vərdişlərinə yiyələnirlər.

photography
photography
Audio-səsyazma və media istiqaməti
Yaş məhdudiyyəti yoxdur

Audio-səsyazma studiyasında istedadlı şəxslərin vokal bacarıqları inkişaf etdirilir və onların professional səhnəyə hazırlanmasına dəstək göstərilir. Studiyada audio disklərin, solo albomların yazılması və müxtəlif videoçarxlar, bədii və sənədli filmlərin, teletamaşaların dublyajı, audiodisklər və solo albomların, videoçarxların hazırlanması mümkündür.

audio
audio audio
audio