Kətan üzərində quru pastel boya
Kətan üzərində quru pastel boya
Pastel-boyakarlıqda üzlüksüz quru, yumşaq karandaşla işləmə üsuludur. Pastel karandaşları ilə rəsm nahamar kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir.
Prezident İlham Əliyev Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
Kağız üzərində sulu boya
Kağız üzərində sulu boya
Akvarel rəngkarlıq və qrafika arasında keçid mövqeyi tutan, onların xüsusiyyətlərini özündə birləşdirən təsvir texnikası və ya təsviri sənət növü kimi izah edilir
next
prev
Haqqımızda

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 22 oktyabr 2021-ci il tarixində olub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi

 Eyni vaxtda 140-dan çox benefisiarın təlim almaq imkanının olduğu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xidmətlərin göstərilməsi şəxslərin hüquq və azadlıqlarının qorunması, şərəf və ləyaqətinə hörmət, bərabərlik, humanizm və konfidensiallıq prinsipləri əsasında aparılır.  

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi

Xidmət istiqamətləri

Mərkəzdə həssas qrupdan olan şəxslərin yaradıcılıq potensialının artırılması və sosial-psixoloji dəstək məqsədi ilə rəqs (milli, Latın Amerikası, bal və müasir rəqslər), təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma və media, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, kapoeyra, publisistika daxil olmaqla, ümumilikdə 14 istiqamət üzrə təlim keçirilir.

Dulusçuluq
Dulusçuluq
Dərzilik, modelyer sənəti
Dərzilik, modelyer sənəti
Floristika, bağçılıq və landşaft dizayn
Floristika, bağçılıq və landşaft dizayn
Floristika, bağçılıq və landşaft dizayn
Floristika, bağçılıq və landşaft dizayn
Bədii oyma
Bədii oyma
Xəbərlər
Qarabağ “DOST Evi”nin benefisiarları olan uşaqlar DOST Mərkəzi əməkdaşlarını əvəzləyiblər
Qarabağ “DOST Evi”nin benefisiarları olan uşaqlar DOST Mərkəzi əməkdaşlarını əvəzləyiblər

31.05.2025

ətraflı
Beynəlxalq konfransın iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Beynəlxalq konfransın iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar

30.05.2025

ətraflı
Beynəlxalq konfransın iştirakçıları 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar
Beynəlxalq konfransın iştirakçıları 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

30.05.2025

ətraflı
YAP-ın  Cavadxan küçəsi 13 ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr seçilib
YAP-ın Cavadxan küçəsi 13 ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr seçilib

29.05.2025

ətraflı