Yerli qurumlar
  • DOST İnkülziv İnkişaf və Yaradıcılıq Mərkəzi Kapoeyra Federasiyası sıx əməkdaşlıq edir. Mərkəzdə müntəzəm olaraq idman istiqaməti üzrə kapoeyra təlimləri keçirilir. Sosial-psixoloji dəstək proqramı çərçivəsində kapoeyra təlimlərinə cəlb edilən həssas əhali qrupuna aid şəxslər qısa müddətdə cəmiyyətə inteqrasiya olunublar. Həyata keçirilən tədbirlər sayəsində benefisiarların psixososial durumunda da nəzərəçarpacaq irəliləyişlər qeydə alınıb. Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Braziliya Səfirliyinin dəstəyi ilə keçirilən Batizado-Kəmər dərəcələrinin təqdimatı mərasimində Mərkəzin 5 üzvünə yaşıl kəmər təqdim edilib.
  • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin YARAT Müasir İncəsənət Məkanı ilə əməkdaşlığı sayəsində benefisiarlarımız bir sıra layihələrdə iştirak edib. Mərkəzin benefisiarları YARAT-ın yaradıcılıq platformasının imkanlarından bəhrələnərək, maraqlı işlər ərsəyə gətiriblər. YARAT Müasir İncəsənət Mərkəzinin reallaşdırdığı “Addım at ” proqramı çərçivəsində təşkil olunan ustad dərslərində benefisiarlarımız bir neçə istiqamətdə bacarıqlarını göstəriblər.
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin MTV Azərbaycanla birgə əməkdaşlığı çərçivəsində “Bərabərik” layihəsi hazırlanıb. Mərkəzin ən uğurlu layihələrindən olan telelayihənin məqsədi əlilliyi olan istedadlı gənclərin bacarıqlarının üzə çıxarılması və onların professional səhnəyə çıxışına dəstək olmaqdır. Mərkəzin üzvləri tanınmış sənətkarlarla eyni səhnəni bölüşərək xalq və bəstəkar mahnılarını duet şəklində ifa edirlər. Eyni zamanda layihədə iştirak edən benefisiarların həyat hekayəsi haqqında süjetlər təqdim edilir, ifa etdikləri mahnıların tarixçəsinə nəzər salınır. MTV Azərbaycan kanalı həssas qrupdan olan şəxslərin peşəkar səhnəyə aparan ilk addımlarına dəstəyini əsirgəmir.
  • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ƏSA Teatrı ilə yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “And”, görkəmli dramaturq, teatrşünas Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı əsasında ərsəyə gətirilən ““Solğun sevgilər”, “Göy quş” tamaşaları, “Nəsimi ili”nə töhfə olaraq “Nəsimi” antreprizi hazırlanaraq teatrsevərlərə təqdim edilib.
  • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Badminton Federasiyası ilə əməkdaşlığı çərçivəsində “Şən İnklüziv Badminton” layihəsi təşkil olunub. Layihə inklüziv inkişafı təmin etmək, benefisiarların cəmiyyətə inteqrasiya prosesini sürətləndirmək məqsədi daşıyır. Mərkəzin üzvlərinə dünyada trend olan Sosial Korporativ Məsuliyyət modeli, STEAM əsaslı tədris, virtual reallıq, eləcə də alqoritmik startup proqramları vasitəsilə müasir texnologiyalarla badmintonu yeni idman növü kimi sınaqdan keçirmək imkanı qazandırıb. Bununla da Bakı şəhəri və regionlar üzrə potensial inklüziv klublar yaradaraq badmintonu hamı üçün inklüziv idman növü kimi tərənnüm etmək, benefisiarlar üçün effektiv, güclü və davamlı mühitə nail olmaqdır.