Kulinariya
1. Xidmətin adı
  • Kulinariya
2. Xidmətin məzmunu
  • xidmətin məzmununu milli və xarici mətbəxin əsaslarının öyrədilməsi təşkil edir.
3. Xidmətin tətbiq dairəsi
  • Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları;
  • Şəhid ailəsi üzvü;
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
  • Aztəminatlı ailələr;
  • Əlilliyi olan şəxslər.
4. Xidməti həyata keçirən qurumun adı
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC.
5. Xidmətin hüquqi əsası
  • “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. Xidmət üzrə daxil olan müraciət forması
  • Şəxsən;
  • Qanuni nümayəndə vasitəsilə;
  • Elektron.
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • Çağrı mərkəzi;
  • “DOST” mərkəzləri;
  • Sosial Xidmətlər Agentliyinin yerli qurumları;
  • Elektron sistemlər;
8. Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən;
  • Qanuni nümayəndə vasitəsilə;
  • Çağrı mərkəzi vasitəsilə;
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə.
9. İmtinanın əsasları
  • Sənədlərin natamamlığı;
  • Təqdim olunmuş sənədlərdə təhrif olunmuş məlumatların olması;
  • Bu pasportun 3-cü bəndi ilə müəyyən edilən kateqoriyalardan heç birinə aid olmaması;
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də xidmət göstərilməsi Qaydaları”na uyğun olaraq seçim mərhələlərindən keçməməsi.
10. Xidmət istifadəçiləri
  • Azərbaycan Respublikasının vətəndaşları;
  • Əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan);
  • Vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında daimi yaşayan).
11. Xidmətə qəbul edilmə müddəti
  • 15 iş günü (daxil olan müraciətlərin sayından asılı olaraq növbəlik gözlənilməklə).
12. Xidmət haqqı
  • Ödənişsiz
13. Xidmətin iş qrafiki
  • İş günü olmayan bayram günləri istisna olmaqla, həftəiçi 5 gün.
14. Xidmətin göstərilmə yeri
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC.
15. Xidmət üzrə təqdim edilməli sənəd və materiallar
  • Ərizə;
  • Xidmətə cəlb olunacaq şəxsin, həmçinin müraciət edən və ya səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti);
  • Xidmətə cəlb olunacaq şəxsin qanuni nümayəndəsi tərəfindən müraciət edildikdə onun müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, etibarnamə və s.);
  • Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
  • Xidmətə cəlb olunacaq şəxsin bu pasportun 3-cü bəndində nəzərdə tutulan kateqoriyalardan birinə aid olduğunu təsdiq edən müvafiq sənəd;
  • 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
  • Müvafiq sahə üzrə istedad və bacarığını təsdiq edən foto və ya video materiallar;
  • Ümumtəhsil müəssisəsində oxuyan şəxslərə münasibətdə təhsil müəssisəsinin arayışı (dərs saatları barədə məlumat göstərilməklə).
16. Xidmət üzrə sənədlərin təqdim edilmə forması
  • Əsli;
  • Surəti;
  • Elektron surəti.
17. Xidmət zamanı istifadə edilən elektron informasiya sistemləri
  • E-sosial;
  • MEİS:
  • “Sənəd dövriyyəsi” altsistemi;
  • “Əlillik” (TSERAS) altsistemi;
  • “Vətəndaşların qəbulu” altsistemi;
  • “Məşğulluq” altsistemi;
  • “Sosial ödənişlər” altsistemi;
  • “Ünvanlı yardım” (VEMTAS) altsistemi;
  • “Əlilliyi olan şəxslərin” reyestri;
  • “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin” reyestri;
  • “Məşğul şəxslərin” reyestri.
18. Xidmətə müraciətin elektronlaşma dərəcəsi
  • Elektronlaşdırıla bilən.
19. Qrupların tərkibi
  • 5 yaşdan yuxarı.
20. İştirakçıların sayı
  • qrup üzrə 5 nəfərdən çox olmamaqla.
21. Xidmət müddəti
  • 12 ayadək;
  • Məşğələlər Mərkəzdə tərtib olunan cədvəl üzrə keçirilir.
22. Xidmətin dayandırılma əsasları
  • Şəxsin malik olduğu xəstəliklərinin kəskin formada ağırlaşması (kəskinləşmə dövrü keçənədək);
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də xidmət göstərilən şəxslərin daxili nizam-intizam Qaydaları”nın pozulması.
23. Xidmətin nəticəsi
  • Xidmət üzrə sertifikat.
24. Xidmət üzrə məsul şəxs
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru.