2. Xidmətin məzmunu
- xidmətin məzmununu milli və xarici mətbəxin əsaslarının öyrədilməsi təşkil edir.
3. Xidmətin tətbiq dairəsi
- Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları;
- Şəhid ailəsi üzvü;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- Aztəminatlı ailələr;
- Əlilliyi olan şəxslər.
4. Xidməti həyata keçirən qurumun adı
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC.
5. Xidmətin hüquqi əsası
- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. Xidmət üzrə daxil olan müraciət forması
- Şəxsən;
- Qanuni nümayəndə vasitəsilə;
- Elektron.
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
- Çağrı mərkəzi;
- “DOST” mərkəzləri;
- Sosial Xidmətlər Agentliyinin yerli qurumları;
- Elektron sistemlər;
8. Xidmət üzrə cavablandırma formaları
- Şəxsən;
- Qanuni nümayəndə vasitəsilə;
- Çağrı mərkəzi vasitəsilə;
- Özünəxidmət (elektron sistemlər) vasitəsilə.
9. İmtinanın əsasları
- Sənədlərin natamamlığı;
- Təqdim olunmuş sənədlərdə təhrif olunmuş məlumatların olması;
- Bu pasportun 3-cü bəndi ilə müəyyən edilən kateqoriyalardan heç birinə aid olmaması;
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də xidmət göstərilməsi Qaydaları”na uyğun olaraq seçim mərhələlərindən keçməməsi.
10. Xidmət istifadəçiləri
- Azərbaycan Respublikasının vətəndaşları;
- Əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan);
- Vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında daimi yaşayan).
11. Xidmətə qəbul edilmə müddəti
- 15 iş günü (daxil olan müraciətlərin sayından asılı olaraq növbəlik gözlənilməklə).
13. Xidmətin iş qrafiki
- İş günü olmayan bayram günləri istisna olmaqla, həftəiçi 5 gün.
14. Xidmətin göstərilmə yeri
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC.
15. Xidmət üzrə təqdim edilməli sənəd və materiallar
- Ərizə;
- Xidmətə cəlb olunacaq şəxsin, həmçinin müraciət edən və ya səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti);
- Xidmətə cəlb olunacaq şəxsin qanuni nümayəndəsi tərəfindən müraciət edildikdə onun müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, etibarnamə və s.);
- Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
- Xidmətə cəlb olunacaq şəxsin bu pasportun 3-cü bəndində nəzərdə tutulan kateqoriyalardan birinə aid olduğunu təsdiq edən müvafiq sənəd;
- 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
- Müvafiq sahə üzrə istedad və bacarığını təsdiq edən foto və ya video materiallar;
- Ümumtəhsil müəssisəsində oxuyan şəxslərə münasibətdə təhsil müəssisəsinin arayışı (dərs saatları barədə məlumat göstərilməklə).
16. Xidmət üzrə sənədlərin təqdim edilmə forması
- Əsli;
- Surəti;
- Elektron surəti.
17. Xidmət zamanı istifadə edilən elektron informasiya sistemləri
- E-sosial;
- MEİS:
- “Sənəd dövriyyəsi” altsistemi;
- “Əlillik” (TSERAS) altsistemi;
- “Vətəndaşların qəbulu” altsistemi;
- “Məşğulluq” altsistemi;
- “Sosial ödənişlər” altsistemi;
- “Ünvanlı yardım” (VEMTAS) altsistemi;
- “Əlilliyi olan şəxslərin” reyestri;
- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin” reyestri;
- “Məşğul şəxslərin” reyestri.
18. Xidmətə müraciətin elektronlaşma dərəcəsi
20. İştirakçıların sayı
- qrup üzrə 5 nəfərdən çox olmamaqla.
21. Xidmət müddəti
- 12 ayadək;
- Məşğələlər Mərkəzdə tərtib olunan cədvəl üzrə keçirilir.
22. Xidmətin dayandırılma əsasları
- Şəxsin malik olduğu xəstəliklərinin kəskin formada ağırlaşması (kəskinləşmə dövrü keçənədək);
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də xidmət göstərilən şəxslərin daxili nizam-intizam Qaydaları”nın pozulması.
24. Xidmət üzrə məsul şəxs
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru.