Publisistika
1. Xidmətin adı
  • Publisistika
2. Xidmətin məzmunu
  • Publisistikanın əsaslarının və etikasının, söz və faktların düzgün istifadə edilərək məlumatların obyektiv əks etdirilməsi, eləcə də, ədəbi-bədii publisistik üslubda yazmağın öyrədilməsi, ədəbi mətn üzərində iş (esse, hekayə, şeir, ssenari yazma vərdişləri), ilkin jurnalistika vərdişlərinin (vətəndaş jurnalistikası) aşılanması, habelə mətn yazarlığı (bədii redaktə, korrektura), ədəbi-bədii publisistik fəaliyyət.
3. Xidmət üzrə təsnifat
  • aşağıda qeyd edilən kateqoriya üzrə istedadlı şəxslərə göstərilən xidmətlər:
  • müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları;
  • şəhid ailəsi üzvü;
  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
  • aztəminatlı ailələr;
  • əlilliyi olan şəxslər.
4. Xidməti həyata keçirən qurumun adı
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC.
5. Xidmətin hüquqi əsası
  • “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. Xidmət üzrə daxil olan müraciət forması
  • şəxsən;
  • qanuni nümayəndə vasitəsilə;
  • elektron.
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • çağrı mərkəzi;
  • “DOST” mərkəzləri;
  • Sosial Xidmətlər Agentliyinin yerli qurumları;
  • elektron sistemlər;
8. Xidmət üzrə cavablandırma formaları
  • şəxsən;
  • qanuni nümayəndə vasitəsilə;
  • çağrı mərkəzi vasitəsilə;
  • özünəxidmət (elektron sistemlər) vasitəsilə.
9. İmtinanın əsasları
  • sənədlərin natamamlığı;
  • təqdim olunmuş sənədlərdə təhrif olunmuş məlumatların olması;
  • bu pasportun 3-cü bəndində ilə müəyyən edilən kateqoriyalardan heç birinə aid olmaması;
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də xidmət göstərilməsi Qaydaları”na uyğun olaraq seçim mərhələlərindən keçməməsi.
10. Xidmət istifadəçiləri
  • Azərbaycan Respublikasının vətəndaşları;
  • əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan);
  • vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında daimi yaşayan).
11. Xidmətə qəbul edilmə müddəti
  • 15 iş günü (daxil olan müraciətlərin sayından asılı olaraq növbəlik gözlənilməklə).
12. Xidmət haqqı
  • ödənişsiz
13. Xidmətin iş qrafiki
  • həftənin bazar günü və iş günü olmayan bayram günləri istisna olmaqla digər 6 günü.
14. Xidmətin göstərilmə yeri
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC.
15. Xidmət üzrə təqdim edilməli sənəd və materiallar
  • ərizə;
  • xidmətə cəlb olunacaq şəxsin, həmçinin müraciət edən və ya səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti);
  • xidmətə cəlb olunacaq şəxsin qanuni nümayəndəsi tərəfindən müraciət edildikdə onun müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, etibarnamə və s.);
  • yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
  • xidmətə cəlb olunacaq şəxsin bu pasportun 3-cü bəndində nəzərdə tutulan kateqoriyalardan birinə aid olduğunu təsdiq edən müvafiq sənəd;
  • 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
  • müvafiq sahə üzrə istedad və bacarığını təsdiq edən foto və ya video materiallar;
  • ümumtəhsil müəssisəsində oxuyan şəxslərə münasibətdə təhsil müəssisəsinin arayışı (dərs saatları barədə məlumat göstərilməklə).
16. Xidmət üzrə sənədlərin təqdim edilmə forması
  • əsli;
  • surəti;
  • elektron surəti.
17. Xidmət zamanı istifadə edilən elektron informasiya sistemləri
  • E-sosial;
  • MEİS:
  • “Sənəd dövriyyəsi” altsistemi;
  • “Əlillik” (TSERAS) altsistemi;
  • “Vətəndaşların qəbulu” altsistemi;
  • “Məşğulluq” altsistemi;
  • “Sosial ödənişlər” altsistemi;
  • “Ünvanlı yardım” (VEMTAS) altsistemi;
  • “Əlilliyi olan şəxslərin” reyestri;
  • “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin” reyestri;
  • “Məşğul şəxslərin” reyestri.
18. Xidmətə müraciətin elektronlaşma dərəcəsi
  • elektronlaşdırıla bilən.
19. Qrupların tərkibi
  • 8-12 yaş;
  • 12-25 yaş;
  • 15 yaşdan yuxarı.
20. İştirakçıların sayı
  • qrup üzrə 6 nəfərdən çox olmamaqla.
21. Xidmət müddəti
  • 18 ayadək;
  • məşğələlər Mərkəzdə tərtib olunan cədvəl üzrə keçirilir.
22. Xidmətin dayandırılma əsasları
  • şəxsin malik olduğu xəstəliklərinin kəskin formada ağırlaşması (kəskinləşmə dövrü keçənədək);
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də xidmət göstərilən şəxslərin daxili nizam-intizam Qaydaları”nın pozulması.
23. Xidmətin nəticəsi
  • xidmət üzrə sertifikat.
24. Xidmət üzrə məsul şəxs
  • “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru.