Rəhbərlik
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru

Elnarə  Məmməd qızı Ənsari

1979 - cu ildə anadan olub.  1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və Audit fakültəsi üzrə təhsil alıb. 2001-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Əlaqələr Departamentində müxtəlif vəzifələrdə çalışıb. 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini işləyib. 2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edib. 9 Aprel 2025-ci il tarixində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. İngilis və rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.