1. Xidmətin adı
- Xalçaçılıq, toxuma və tikmə.
2. Xidmətin məzmunu
- xidmətin məzmununu Azərbaycan xalçalarının sənətkarlıq sahəsi kimi coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq bölündüyü 7 xalçaçılıq qrupunun əsaslarının, xalçaçılıq (xovlu və xovsuz) sənətinin sirlərinin, xalça çeşnisinin hazırlanması qaydalarının, xalçaların ilmə vurma və toxunma texnikasının, habelə həndəsi, nəbati, süjetli, portret ilmə-naxış texnikalarının müxtəlifliyinin, yun və ipək iplərin boyanması texnikasının, bundan başqa toxuma və tikmə sənətinin əsaslarının öyrədilməsi təşkil edir.
3. Xidmətin tətbiq dairəsi
- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları;
- şəhid ailəsi üzvü;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- aztəminatlı ailələr;
- əlilliyi olan şəxslər.
4. Xidməti həyata keçirən qurumun adı
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC.
5. Xidmətin hüquqi əsası
- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. Xidmət üzrə daxil olan müraciət forması
- şəxsən;
- qanuni nümayəndə vasitəsilə;
- elektron.
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
- çağrı mərkəzi;
- “DOST” mərkəzləri;
- Sosial Xidmətlər Agentliyinin yerli qurumları;
- elektron sistemlər;
8. Xidmət üzrə cavablandırma formaları
- şəxsən;
- qanuni nümayəndə vasitəsilə;
- çağrı mərkəzi vasitəsilə;
- özünəxidmət (elektron sistemlər) vasitəsilə.
9. İmtinanın əsasları
- sənədlərin natamamlığı;
- təqdim olunmuş sənədlərdə təhrif olunmuş məlumatların olması;
- bu pasportun 3-cü bəndində ilə müəyyən edilən kateqoriyalardan heç birinə aid olmaması;
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də xidmət göstərilməsi Qaydaları”na uyğun olaraq seçim mərhələlərindən keçməməsi.
10. Xidmət istifadəçiləri
- Azərbaycan Respublikasının vətəndaşları;
- əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan);
- vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında daimi yaşayan).
11. Xidmətə qəbul edilmə müddəti
- 15 iş günü (daxil olan müraciətlərin sayından asılı olaraq növbəlik gözlənilməklə).
13. Xidmətin iş qrafiki
- həftənin bazar günü və iş günü olmayan bayram günləri istisna olmaqla digər 6 günü.
14. Xidmətin göstərilmə yeri
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC.
15. Xidmət üzrə təqdim edilməli sənəd və materiallar
- ərizə;
- xidmətə cəlb olunacaq şəxsin, həmçinin müraciət edən və ya səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti);
- xidmətə cəlb olunacaq şəxsin qanuni nümayəndəsi tərəfindən müraciət edildikdə onun müvafiq səlahiyyətini təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, etibarnamə və s.);
- yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
- xidmətə cəlb olunacaq şəxsin bu pasportun 3-cü bəndində nəzərdə tutulan kateqoriyalardan birinə aid olduğunu təsdiq edən müvafiq sənəd;
- 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
- müvafiq sahə üzrə istedad və bacarığını təsdiq edən foto və ya video materiallar;
- ümumtəhsil müəssisəsində oxuyan şəxslərə münasibətdə təhsil müəssisəsinin arayışı (dərs saatları barədə məlumat göstərilməklə).
16. Xidmət üzrə sənədlərin təqdim edilmə forması
- əsli;
- surəti;
- elektron surəti.
17. Xidmət zamanı istifadə edilən elektron informasiya sistemləri
- E-sosial;
- MEİS:
- “Sənəd dövriyyəsi” altsistemi;
- “Əlillik” (TSERAS) altsistemi;
- “Vətəndaşların qəbulu” altsistemi;
- “Məşğulluq” altsistemi;
- “Sosial ödənişlər” altsistemi;
- “Ünvanlı yardım” (VEMTAS) altsistemi;
- “Əlilliyi olan şəxslərin” reyestri;
- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin” reyestri;
- “Məşğul şəxslərin” reyestri.
18. Xidmətə müraciətin elektronlaşma dərəcəsi
19. Qrupların tərkibi
- 12-18 yaş;
- 18-30 yaş;
- 30 yaşdan yuxarı.
20. İştirakçıların sayı
- qrup üzrə 6 nəfərdən çox olmamaqla.
21. Xidmət müddəti
- 24 ayadək;
- məşğələlər Mərkəzdə tərtib olunan cədvəl üzrə keçirilir.
22. Xidmətin dayandırılma əsasları
- şəxsin malik olduğu xəstəliklərinin kəskin formada ağırlaşması (kəskinləşmə dövrü keçənədək);
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də xidmət göstərilən şəxslərin daxili nizam-intizam Qaydaları”nın pozulması.
24. Xidmət üzrə məsul şəxs
- “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru.